AZ

Konstitusiya Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinə verdiyi fundamental töhfəsidir

Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

​"Konstitusiya hər bir dövlətin "Əsas Qanunu" sayılır. Konstitusiya, cari qanunvericiliyin inkişafı üçün hüquqi əsas rolunu oynayır və bütün qanunvericilik prosesi onun müəyyən etdiyi prinsiplər və qaydalar əsasında həyata keçirilir.Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir".Bu fikirləri Newscenter.az-a Təhsilə Dəstək və Maarifləndirmə İctimai Birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva səsləndirib. O qeyd edib ki, bu tarixi günlə Heydər Əliyev ölkəmizdə qurduğu hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu prosesinin əsasını qoydu:"Məhz bu, Ulu Öndərin dövlətçilik siyasətinin ən mühüm nailiyyətlərindəndir və Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri kimi qiymətləndirilir.​ Konstitusiya Günü Ulu Öndərimizin müstəqil Azərbaycan dövlətçiliyinə verdiyi fundamental töhfəsidir".Anar Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
1
newscenter.az

2Mənbələr