AZ

Azərbaycan ABŞ-nin Pensilvaniya ştatında səyyar konsulluq xidməti təşkil edib

Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən ABŞ-nin Pensilvaniya ştatında səyyar konsulluq xidməti təşkil olunub.

Aznews.az xəbər verir ki, səyyar xidmət Pensilvaniya və ətraf ştatlarda yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulub.

Filadelfiya şəhərində yaradılan qərargahda səyyar konsulluq xidməti çərçivəsində 20-dən çox vətəndaş müxtəlif konsulluq xidmətlərindən yararlanıb.

Onlar ümumvətəndaş pasportunun yenilənməsi, "Qayıdış Şəhadətnaməsi"nin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatı və notariat hərəkətləri ilə bağlı müraciət ediblər.

Seçilən
178
3
aznews.az

6Mənbələr