AZ

AFFA Hakimlər Komitəsinin sədri: “Əliyar Ağayev “Zirə” “Turan Tovuz” matçında səhv qərar qəbul edib” VİDEO

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının XI turunda keçirilən oyunlarda mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

İdman.Biz-in məlumatına görə, mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

O, “Şamaxı” - "İmişli" (1:0), “Sumqayıt” – “Qəbələ” (2:0), “Araz-Naxçıvan” – “Karvan-Yevlax” (2:1), “Sabah” – “Kəpəz” (3:1), “Zirə” – “Turan Tovuz” (0:0) və “Qarabağ” – “Neftçi” (2:0) matçlarında qeydə alınan ümumilikdə 6 epizodla bağlı fikirlərini bölüşüb.

Belçikalı mütəxəssis baş hakim Əliyar Ağayevin “Zirə” – “Turan Tovuz” matçında meydan sahiblərinin futbolçusu Brahim Konateyə göstərdiyi qırmızı vərəqənin “sari” ilə əvəz edilməsinin səhv qərar olduğunu bildirib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
8
icma.az

10Mənbələr