AZ

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 qəzası - ARAŞDIRMA

AzVision.az xəbər verir ki, təyyarə UTC vaxtı ilə saat 10:19-da Azərbaycanın Gəncə Beynəlxalq Hava Limanından havaya qalxıb və məlumatlara görə, onun maksimum 7315 m (24.000 fut) hündürlüyə çatdığı bildirilir. Təyyarə Azərbaycandan Türkiyəyə uçuş edərkən Gürcüstan üzərində havada parçalanıb və Siqnaxi yaxınlığında qəzaya uğrayıb. Təyyarə Gürcüstana keçdikdən bir neçə dəqiqə sonra qəza siqnalı vermədən radarlardan itib. Videoda təyyarənin yerə çırpılmadan əvvəl parçalandığı, spiralvari şəkildə fırlandığı və yanacaq sızdığı görünür.Türkiyə hökuməti göyərtədəki 20 nəfərin hamısının həlak olduğunu bildirib.



( həlak olmuş ekipaj üzvləri )

C-130 təyyarəsi haqqında

C-130 “Hercules” modeli ABŞ istehsalıdır və 1950-ci illərdən bəri dünyanın bir çox ordusunda istifadə olunur. Bu təyyarələr ağır yüklərin daşınması, təxliyə əməliyyatları və humanitar missiyalar üçün nəzərdə tutulub.Türkiyə bu tip təyyarələri 1964-cü ildən bəri Hərbi Hava Qüvvələrinin inventarında saxlayır və hal-hazırda bir neçə modernləşdirilmiş C-130E və C-130B versiyasından istifadə edir. Təyyarə 4 turbavintli mühərrikə malikdir. 250 dən çox təyyarə istehsal edilib. ABŞ Kanada və Avstraliya daxil olmaqla 60 dan çox ölkə bu təyyarəni öz arsenalına qatıb.Maraqlı fakt budur ki , indiyədək C-130 təyrrarələri 400 dan çox qəzaya səbəb olub və 3466 insanın ölümünə səbəb olub.

Ehtimal olunan səbəblər

Mütəxəssislərin ilkin təhlillərinə görə, qəzanın başvermə ehtimalları aşağıdakı istiqamətlərdə cəmlənir:

Texniki nasazlıq– Təyyarənin mühərrik və ya hidravlik sistemlərində qəfil nasazlıq baş verməsi mümkündür.

Pilotaj və ya naviqasiya xətası – Dağlıq ərazi və buludlu hava şəraiti təyyarənin trayektoriyasına təsir etmiş ola bilər.

Yüklənmə problemi – Hərbi yüklərin balanssız paylanması, C-130 tipli təyyarələrdə tarazlığın itirilməsinə səbəb ola bilər.

Təhlükəsizlik faktorları– Bəzi mənbələr təyyarənin “uçuşdan əvvəl texniki yoxlamadan keçib-keçmədiyini” sual altına alır, lakin bu versiya rəsmi olaraq təsdiqlənməyib.

Maraqlı fakt burasındadır ki, Türkiyə Hərbi Hava Qüvvələrinin tarixində buna bənzər bir neçə hadisə qeydə alınıb:

2001-ci ildə Kayseri yaxınlığında C-130 qəzasi – 34 nəfər həlak olmuşdu.

2018-ci ildə Isparta ərazisində CASA CN-235 təyyarəsinin qəzasi – 3 pilot ölmüşdü.

Bu hadisələr göstərir ki, Türkiyə hərbi aviasiyasında yaşlanan təyyarə parkı məsələsi hələ də aktualdır.

Türkiyə prezidenti R.T.Ərdoğan təyyarənin qara qutusunun tapıldığını təsdiq edib.

Elnur Məmmədov








Seçilən
70
17
azvision.az

10Mənbələr