AZ

Şamaxıda yaşayış evi yanıb - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Kiçik Xınıslı kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 150kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində altı otaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində iki otağın yanar konstruksiyaları 50kv.m, bir otağın tavanı 25 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

***

20:23

Şamaxıda yaşayış evində yanğın olub.

APA-nin Şirvan bürosu xəbər verir ki, Şamaxı rayonunun Kiçik Xınıslı adlanan ərazisində yanğın hadisəsi baş verib.

Hadisə axşam saat 19:00 radələrində Məmmədəmin Rəsulzadə küçəsi, ev 5 ünvanında qeydə alınıb.

Yanğın 1964-cü il təvəllüdlü Süleymanov Sədaqət Ağadur oğluna məxsus, ümumi sahəsi 150 kvadratmetr olan ikimərtəbəli, 6 otaqlı evdə baş verib.

Hadisə zamanı evin ikinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları, ümumilikdə 60 kvadratmetr sahədə və bir otağın taxtadan olan tavanı 25 kvadratmetr sahədə yanıb.

Yanğın nəticəsində evin ikinci mərtəbəsindəki bütün əşyalar tamamilə yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə 3 yanğınsöndürən avtomobil cəlb olunub.

Yanğının başvermə səbəbi araşdırılır.

Şamaxıda Şamaxıda Şamaxıda Şamaxıda
Seçilən
22
8
apa.az

10Mənbələr