AZ

Türkiyə HƏMAS-ın Qəzzada konstruktiv addımlar atmağa hazır olduğunu açıqlayıb

BAKI, 12 noyabr. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında nizamlanmaya doğru konstruktiv addımlar atmağa hazırdır.

Teleqraf xəbər verir ki, Fidan bunu Misirin xarici işlər naziri Bədr Əbdül Ata ilə keçirdiyi mətbuat konfransında qeyd edib.

"HƏMAS atəşkəsin daimi olması üçün konstruktiv addımlar atmağa hazır olduğunu nümayiş etdirir. İsrail də eyni anlayışı nümayiş etdirməlidir ", - diplomat bildirib.

O həmçinin İsraili bütün maneələri aradan qaldırmağa və bütün sərhəd keçidlərini açmağa çağırıb.

Qəzzaya xarici qüvvələrin göndərilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsinin hazırlanmasına münasibət bildirən Fidan bildirib ki, sənəd üzərində iş davam edir və əlavə təsdiq tələb edən məsələlər qalmaqdadır.

Seçilən
81
teleqraf.com

1Mənbələr