AZ

Yeganənin səhhətində problem yarandı

Müğənni Yeganə Mürsəlovanın səhhətində problem yaranıb.

KONKRET.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda “Günə uğurla” verilişində danışıb. O, bildirib ki, bir neçə gün əvvəl toyda halı pisləşib və yıxılıb:

“Acımız bizə məxsusdur. Bunu qəlbimizdə gizlədirik. İstəməmişəm ki, insanlara acımı hiss etdirim. Atamın 7 mərasimindən 2 gün sonra toy oxuyan adam olmuşam. Beh verib toya dəvət edəni necə qıra bilərəm? Ən çox qınanılanlar incəsənət adamlarıdır.

Dərdimizlə baş-başa qala bilmirik. Bir-iki gündür sağlamlığımla sınağa çəkilirəm. Ayın 9-da Gürcüstana getməli idim. Noyabrın 8-də toyda bir də gördüm yerdəyəm. Halım pisləşib yıxılmışam. Ümid edirəm yaxşı xəbər alaram”.

Seçilən
19
10
konkret.az

10Mənbələr