AZ

"Atletiko" baş məşqçisinin oğlu ilə yeni müqavilə imzalayacaq

İnsayder Fabritsio Romanonun məlumatına görə, “Atletiko”nun hücumçusu Culiano Simeone yaxın zamanda klubla müqaviləsini uzada bilər.

Sportal.az xəbər verir ki, tərəflər razılığa yaxındırlar. Yeni müqavilənin 2030-cu ilin yayına qədər qüvvədə olması gözlənilir.

22 yaşlı argentinalı futbolçu cari mövsümdə 19 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Culiano, Madrid klubunun baş məşqçisi Diego Simeonenin oğludur.

saytlarin hazirlanmasi

Seçilən
55
1
sportal.az

2Mənbələr