Bakı. Trend:
Türkiyə Super Kuboku oyunlarının keçiriləcəyi tarixlər vəməkanlar müəyyənləşib.
Trend xəbər verir ki,yarımfinal matçları 2025-ci ilin yanvarın 5-də Qaziantepdə, 6-daisə Adanada baş tutacaq. Final görüşü 10 yanvar tarixindəİstanbulda Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Yarımfinalda "Qalatasaray" "Trabzonspor"la, "Fənərbaxça" isə"Samsunspor"la üz-üzə gələcək. Yarımfinal oyunlarının hansı şəhərdəkeçiriləcəyinə püşkün nəticəsində aydınlıq gələcək.
Qeyd edək ki, Türkiyə Super Kuboku ilk dəfə 4 komandanıniştirakı ilə təşkil olunacaq.