AZ

Dünya okeanında bir milyard barel neft “ilişib qalıb”

Musavat.com xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, hazırda dünya okeanında daşınan, lakin boşaldıla bilməyən neftin həcmi bir milyard barelə çatıb — bu, son illərin ən yüksək göstəricisidir.

Artım əsasən sanksiyalar altındakı Rusiya, Venesuela və İran nefti hesabına baş verib. Ən böyük pay Rusiyaya məxsusdur — Moskva həm neft emalı zavodlarına edilən zərbələr, həm də OPEK sazişləri çərçivəsində ixracın artırılması səbəbindən nefti dənizdə saxlamağa məcbur olub.

Hazırda bu gəmilərin bir çoxu həftələrlə dənizdə lövbərdə dayanır, çünki sanksiyalar səbəbindən idxalçı ölkələr limanlarda onları qəbul etmir.

Yalnız rus gəmilərində yığılıb qalan neftin həcmi 390 milyon barel təşkil edir. Ekspertlər hesab edirlər ki, bu vəziyyət qlobal enerji bazarında qiymət sabitliyinə təzyiqi artıracaq və sanksiyalı neft üçün “kölgə ticarəti”nin daha da genişlənməsinə səbəb ola bilər. 

 

Musavat.com

Seçilən
45
musavat.com

1Mənbələr