ain.az bildirir, Bizim media saytına əsaslanaraq.
2013-cü ilin bu günüdə Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan iclasda iştirak ediblər. Bəs, noyabrın 13-də dünyada daha nələr olub? 1. 1906-cı ilin 13 noyabr tarixindә Fransalı Paul Kornu velosiped üzәrinә yerlәşdirilәn ilk helikopterini uçurdu. 2. 1920-ci ilin 13 noyabr tarixindә I Dünya Müharibәsindәn sonra qurulan Millәtlәr Liqası ilk iclasını keçirib. İclasda 41 ölkәnin 5 min tәmsilçisi iştirak edib. 3. 1956-cı ilin 13 noyabr tarixindә ABŞ Ali Mәhkәmәsi Alabama ştatındakı avtobuslarda ağ vә qara dәrili insanlar arasında ayrıseçkiliyә sәbәb olan qanunu lәğv etdi.
4. 1966-cı ilin 13 noyabr tarixindә İsrail әsgәrlәri İordaniyanın Samu kәndinә hücum etdi. Hücum zamanı yüzlәrlә mülki vәtәndaş hәlak oldu. 5. 1970-ci ilin 13 noyabr tarixindә Banqladeşdә tüğyan edәn ‘‘Bhola’’ fırtınası nәticәsindә 500 min nәfәr hәlak olub. 6. 13 noyabr 1970-ci ildə Pakistanda siklon 300.000 insanın həyatına son qoyub. Bu faciə XX əsrin ən böyük təbii fəlakəti hesab edilir. 7. 1985-ci ilin 13 noyabr tarixindә Kolumbiyada Nevado vulkanı kül püskürmәyә başlayıb. Tәbii fәlakәt nәticәsindә 25 min mülki vәtәndaş hәlak oldu. 8. 2009-cu ilin 13 noyabr tarixindә NASA Ayın qütb bölgәsindә suyun aşkar edildiyini elan edib. 9. 13 noyabr 2002-ci ildə İspaniya sularında 77.000 ton neft daşıyan tankerin qəzaya uğraması ekoloji fəlakətə səbəb oldu. 10. 13 noyabr Beynəlxalq Gözdən Əlillər Günüdür. 13 noyabr 1745-ci ildə fransız xeyriyyəçisi, pedaqoq, korlar üçün ilk əlifbanın müəllifi Valentin Hauy ( 1745-1822) anadan olub.Onun doğum günü şərəfinə 13 noyabr Beynəlxalq Gözdən Əlillər Günüdür kimi qeyd olunur. Noyabrın 13-də bu şəxsiyyətlər xatırlanır: 1. 13 noyabr 1850-ci ildə məşhur ingilis yazıçı, macəra romanlarının müəllifi Robert Luis Stivenson (1850- 3.12.1894) anadan olub. Əsərləri: "Dəfinələr adası", "Şahzadə Otto", "Qara ox" və s. 2. Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti Əliağa Ağayev 13 noyabr 1983-cü ildə dünyasını dəyişib (9 mart 1913- 1983). 3. 1945-ci ilin bu günündə Azərbaycanın tanınmış teatr və kino aktrisası, Xalq Artisti Elmira İsmayılova anadan olub. 4. 13 noyabr 1960-ci ildə kinorejissor, rəssam Şamil Nəcəfzadə anadan olub. Filmləri: "Qala" (ssenari müəllif və rejissor), "Cin mikrorayonda", "İmtahan", "Yarasa" (rəssam). 5. 13 noyabr 1948-ci ildə aktyor, dramaturq Arif Mədətov anadan olub. "Qatır Məmməd", "Dərviş Parisi partladır", "O qızı tapın" və s. filmlərdə çəkilib. Pyesləri: "Şeytan", "Sezarın qətli" və s. 6. 13 noyabr 1983-ci ildə kinooperator, Əməkdar incəsənət xadimi Əsgər İsmayılov (1905 - 1983) vəfat edib. Filmləri: "Qara daşlar", "Kölgələr sürünür" və s. Surxay Atakişiyev, Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.