Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ Qəzza zolağında müvəqqəti hərbi baza qurmağı planlaşdırmır.
APA xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt məsələ ilə bağlı mətbuatda yayılan məlumatlarla bağlı danışarkən deyib.
"Bu xəbər tək bir kağız parçasına əsaslanır. Hərbi Dəniz Qüvvələrində birinin gələcək ideyası ilə bağlı apardığı araşdırma bir müxbir tərəfindən rəsmi plan kimi şərh edildi və ABŞ-ın məsələni araşdırdığı iddia olunaraq xəbər dərc edildi. Mən ABŞ federal hökumətinin ən yüksək səviyyəli rəsmilərindən məlumat aldım. Bu, ABŞ üçün maraqlı bir məsələ deyil və hazırda biz bununla maraqlanmırıq", - Livitt bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.