AZ

Ağstafada avtomobil aşdı - 5 nəfər...

Ağstafada 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.

"Unikal"ın məlumatına görə, hadisə Poylu kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 5 nəfər - 1988-ci il təvəllüdlü Ə.Məmmədova, 1984-cü ol təvəllüdlü G.Qarayeva, 1983-cü il təvəllüdlü N.Muğanova, 1988-ci il təvəllüdlü L.Cəlilova və 1984-cü il təvəllüdlü R.Əliyev xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Yaralıların vəziyyətlərinin normal olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
179
22
unikal.az

8Mənbələr