AZ

SOCAR "Upstream" seqmentinə investisiyaları artıra bilər - S&P

Bakı. Trend:

“S&P Global Ratings”in əsas ssenarisində Azərbaycan DövlətNeft Şirkətinin (SOCAR) karbohidrogen hasilatının tədricən azalmasınəzərdə tutulur ki, bu da neft və qaz hasilatı ilə bağlı “Upstream”seqmentinə əlavə investisiyalar yatırılmasını tələb edə bilər.

Trend xəbər verirki, qiymətləndirmələrə əsasən, SOCAR-ın 2024-cü ildə özaktivlərindən hasil etdiyi neftin həcmi 7,5 milyon ton, təbii qazınhəcmi isə 7,7 milyard kubmetr təşkil edib.

Bundan əlavə, şirkət bir sıra iri beynəlxalq layihələrdəminoritar səhm paketlərinə sahibdir və onların arasında əsasolanlar “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarıdır.

Agentlik bildirir ki, SOCAR-ın resurs bazası əhəmiyyətli olaraqqalır, lakin hasilat həcmləri mövcud istehsal profili çərçivəsindətədricən azalmağa davam edəcək. Bu, AÇG yatağında hasilatın artıqpik nöqtəsini keçməsi və “Şahdəniz” layihəsində son dövrlərdəmüəyyən istehsal azalmasının müşahidə olunması ilə bağlıdır.

“Upstream” seqmentinin SOCAR-ın əsas əməliyyat fəaliyyətininnüvəsini təşkil etdiyi və şirkətin EBITDA göstəricisinin başlıcamənbəyi olduğunu nəzərə alan “S&P” yeni yataqların işlənməsi vəya mövcud layihələrin genişləndirilməsi istiqamətindəinvestisiyaların artacağını gözləyir.

Bu gözlənilən xərcləri əks etdirmək üçün agentlik əsasproqnozuna hər il təqribən 3 milyard manatlıq kapital qoyuluşunudaxil edir ki, bu da son iki ilin investisiya səviyyəsiniüstələyir.

“S&P” qeyd edir ki, az qala başa çatdırılmış “Şahdəniz-2”layihəsi və cari ilin əvvəlində imzalanmış “Shah Deniz Compression”layihəsi SOCAR-ın hasilatı artırmaq və istehsal potensialınımöhkəmləndirmək üçün “Upstream” seqmentinə davamlı şəkildə sərmayəyatırmaq istiqamətində səylərini nümayiş etdirir.

Məqalədə:
Seçilən
168
9
az.trend.az

10Mənbələr