AZ

Azərbaycan Dünya Bankı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib

Bakı. Trend:

Azərbaycan hökuməti ilə Dünya Bankı arasında kənd təsərrüfatı vəsuvarma sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcəkistiqamətləri, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi ilə birgəhazırlanmaqda olan “Rəqabətli, Dayanıqlı Kənd Təsərrüfatı vəSuvarma Xidmətləri” (CRAIS) layihəsinin hazırlıq prosesi, təsdiqivə icrası ilə bağlı məsələlər müzakirə olunub.

Trend KəndTəsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu, nazir MəcnunMəmmədovun Azərbaycanda səfərdə olan Dünya Bankının KəndTəsərrüfatı və Qida üzrə Təcrübə missiyası ilə görüşü zamanı baştutub.

Bildirilib ki, hazırda müzakirə edilən və hazırlıq mərhələsindəolan layihə ölkə üzrə suyun nəqli ilə bağlı infrastrukturunyenilənməsi, seçilmiş ərazilərdə müasir suvarma sistemlərininqurulması, torpaq konsolidasiyası və Sudan İstifadəçilərBirliklərinin işi ilə bağlı pilot tətbiqləri əhatə edir. Qeydedilib ki, bu layihə suvarma suyuna qənaət və iqlimədost yanaşmalarilə ölkənin kənd təsərrüfatı sektorunda məhsuldarlığın,dayanıqlığın və rəqabət qabiliyyətinin artırmasına töhfəverəcək.

Görüş zamanı nazir Məcnun Məmmədov Azərbaycanda aqrar sahədəhəyata keçirilən tədbirlər barədə məlumat verib, suvarmasistemlərinin bərpası, suya qənaət edən sistemlərin tətbiqininölkənin kənd təsərrüfatının inkişafında xüsusi əhəmiyyət kəsbetdiyini qeyd edib. Görüşdə Azərbaycanın iqlim dəyişikliyisəbəbindən su qıtlığı ilə üzləşən ölkələr kateqoriyasına aidolması, istifadə edilən suyun böyük hissəsinin ölkədən kənarmənbələrdən formalaşdığı diqqətə çatdırılıb. Bu baxımdan kəndtəsərrüfatında istifadə edilən suyun toplanması, nəqli vəistifadəsində su itkisini minimumlaşdıracaq yanaşmaların tətbiqininaqrar siyasətdə əsas prioritetlərdən biri olduğu qeyd edilib.Həmçinin, layihə çərçivəsində ölkə üzrə torpaq konsolidasiyası vətəsərrüfatdaxili suvarma suyunun idarə edilməsi sahəsində yenipilot yanaşmaların tətbiqinin mühüm olduğu vurğulanıb.

Nümayəndə heyətinin üzvü Holger Kray Azərbaycanın iqlimdəyişmələri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəmverdiyini qeyd edib, ölkəmizin kənd təsərrüfatı və suvarmainfrastrukturunun inkişafı sahəsində əldə etdiyi nailiyyətləriyüksək qiymətləndirdiyini vurğulayıb. O, hazırlanmaqda olan CRAISlayihəsinin kənd təsərrüfatı sektorunda məhsuldarlığın və iqtisadifəallığın artırılmasına, məşğulluğun dəstəklənməsinə və fermerlərinmaliyyə əlçatanlığının artırılmasına xidmət edəcəyinə əminliyiniifadə edib.

Görüşdə həmçinin layihənin icrasına hazırlıq, sahə üzrəmütəxəssislərin cəlb olunması, texniki hazırlıq proseslərininsürətləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
8
9
az.trend.az

10Mənbələr