AZ

Elmi sensasiya: pişiklər üçün dərman insanlarda xərçəng hüceyrələrini məhv etdi

Elmi aləmdə böyük rezonans doğuran yeni araşdırma, pişiklər üçün nəzərdə tutulmuş parazit əleyhinə dərman — fenbendazolun insanlarda xərçəng hüceyrələrinə qarşı gözlənilməz təsirini ortaya qoyub.

E-saglam.az xəbər verir ki, "Mayo Clinic Proceedings" jurnalında dərc edilən məlumatlara görə, kimyaterapiya almayan üç inkişaf etmiş mərhələ xərçəng xəstəsində bu dərmanla şişlər əhəmiyyətli dərəcədə kiçilmiş, bəzilərində isə tamamilə yox olmuşdur.

Araşdırmada iştirak edən xəstələrdən biri 83 yaşlı qadın idi. Qaraciyərinə, ağciyərinə və sümüklərinə yayılmış döş xərçəngi diaqnozu qoyulmuş qadın gündəlik 222 mq fenbendazol qəbul etdikdən sonra 6 ay ərzində şiş markerləri normallaşmış və 3 il ərzində xəstəlik təkrarlamamışdır.

Eyni dərmanla müalicə olunan 75 yaşlı prostat xərçəngi xəstəsində sümük metastazları geriləyib, 63 yaşlı melanoma xəstəsində isə “xəstəlik əlaməti yoxdur” vəziyyəti qeydə alınıb.

Alimlər dərmanın təsir mexanizmini belə izah edirlər: fenbendazol xərçəng hüceyrələrinin enerji mənbəyini bloklayır, hüceyrə bölünməsini dayandırır və ölüm (apoptoz) prosesini aktivləşdirir.

Bununla belə, mütəxəssislər xəbərdarlıq edir: bu nəticələr hələ ilkin müşahidələrdir və təsdiqlənmiş klinik sınaqlara əsaslanmır. Fenbendazolun insanlar üçün istifadəsi təsdiqlənməyib, dərmanın özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər.

Tədqiqatçılar hazırda dərmanın nəzarətli klinik sınaqlara daxil edilməsi üçün beynəlxalq təşəbbüslərin başladıldığını bildirirlər. Fenbendazolun xərçəng müalicəsində yeni bir səhifə açıb-açmayacağı isə yaxın illərdə aparılacaq geniş tədqiqatlarla məlum olacaq.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
47
e-saglam.az

1Mənbələr