AZ

Masallıda “Partiya veteranları” mövzusunda görüş keçirilib

Noyabrın 13-də YAP Masallı rayon təşkilatı aparatında Yeni Azərbaycan Partiyasının yaranmasının 33 illiyi ilə əlaqədar “Veteranlarımız” layihəsi çərçivəsində “Partiya veteranları” mövzusunda görüş keçirilib. 

“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Dahi şəxsiyyət Heydər Əliyevin həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərliyi haqqında əhatəli məlumat verərək Ulu Öndərin həyat yoluna nəzər salıb, onun Azərbaycan xalqının müasir tarixində oynadığı önəmli roldan danışıb.

Təşkilat sədri qeyd edib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Ölkəmizin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyini bildirən Seyfəddin Əliyev hazırda bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. “Bu gün Azərbaycan xalqı qarşıya qoyduğu hədəflərə qüdrətlə və inamla irəliləyir, Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının həyata keçirilməsi istiqamətində möhtəşəm nailiyyətlərə imza atır.”

Tədbirdə iştirak edən Rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev Azərbaycan tarixinin Heydər Əliyev dövrünün ölkə həyatında əhəmiyyətini vurğulamış,  dinamik inkişaf edən və ildən-ilə beynəlxalq nüfuzu yüksələn müasir Azərbaycanın müstəqillik dövründə əldə etdiyi bütün uğurların bünövrəsi dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır deyə qeyd etmişdir.

Sonra Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Şəhid anası Mehriban Sultanova, partiya veteranlarından Nazilə Hüseynova və başqaları çıxış edərək ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan dövləti haqqında öz fikirlərini bölüşmüş, ölkəmizin gələcək inkişafı naminə cənab Prezident İlham Əliyevin qalib xalqın qalib lideri olduğunu və bütün Azərbaycan xalqı, bütün veteranlar onunla fəxr etdiyini bildirmişlər.

Sonda partiya həyatında fəal iştirakına görə, eləcə də yubiley yaşları tamam olmuş partiya veteranlarına YAP Masallı rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələri təqdim edilmişdir.

Seçilən
21
ikisahil.az

1Mənbələr