AZ

Azərbaycanda evlilik yaşı artır - ARAŞDIRMA

Azərbaycanda son illərdə evlənənlərin yaşının yüksəlməsi diqqət çəkir. 

Belə ki, artıq gənclərin əksəriyyətinin erkən evlənməyə müsbət yanaşmadığı görünür. 

Bunun nəticəsidir ki, həm kişilərin, həm də qadınların nikaha daxil olma yaşında artım müşahidə olunur. 

“Cebheinfo.az” Azərbaycanda son 5 ilin evlənmə yaşlarını araşdırıb. 

Araşdırmanın nəticələrini təqdim edirik: 

Kişilər: 

2020-ci ildə evlənən bəylərin 25-34 yaş arasında olanlarının sayı 22 min 654 nəfər, 35 yaşdan yuxarı olanlar isə 5 min 996 nəfər təşkil edib. 

2021-ci ildə isə bu saylarda artım qeydə alınıb. Belə ki, 25-34 yaş aralığında olan 38 min 211, 35-dən yuxarı olan 8 min 91 bəy evlənib. 2022-ci ildə isə birinci göstərici üzrə 41 min 502, ikinci göstəricidə isə 9 min 368 kişi nikaha daxil olub. 

2023-ün statistikasında isə geriləmə qeydə alınıb. Bu ildə evlənən bəylərin 35 min 498 nəfəri 25-34 yaş aralığında, 9 min 161-i isə 35 yaşdan yuxarı olub. Ötən il bu say daha da azalaraq evlənən kişilərin sayı 25-34 yaş arası kateqoriyada 31 min 614-ə, 35 yaşdan yuxarı olanlarda isə 8 min 450 nəfərə qədər geriləyib. 

Qadınlar: 

Qadınlarda da vəziyyət çox fərqli deyil. 2020-ci ildə 25-34 yaş arası 10 min 568, 35 yaşdan yuxarı isə 3 min 673 xanım nikaha daxil olub. 

2021-ci ildə isə bu göstəricilər müvafiq olaraq 17 min 206 və 4 min 930 nəfər təşkil edib. 2022-ci ildə isə son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb. Həmin ildə 25-34 yaş aralığında olan 17 min 749, 35 yaşdan yuxarı isə 6 min qadın evlənib. 

2023-cü ildən isə yenidən azalma yaşanaraq müvafiq kateqoriyalar üzrə rəqəmlər 15 min 560 və 5 min 746-ya geriləyib. Keçən il də bu tendesiya davam edib. 

Daha dəqiq desək, 2024-cü ildə evlənən xanımların 13 min 392-si 25-34 yaş aralığında, 5 min 412 nəfəri isə 35 yaşdan yuxarı olub. 

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr