28-29 noyabrda bədii gimnastika üzrə XXX Bakı çempionatı keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Yarış Milli Gimnastika Arenasında keçiriləcək.
İdmançılar müxtəlif yaş kateqoriyaları üzrə top, lent, gürzlər və halqa ilə bacarıqlarını sərgiləyəcəklər.