AZ

Kənddə hamı təsərrüfatla məşğul olmalıdır anlayışından uzaqlaşmaq lazımdır Nazir

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Kənddə yaşayan hər kəs kənd təsərrüfatı ilə məşğul olmalıdır anlayışından uzaqlaşmaq lazımdır. 

“Unikal" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı sahəsində əsas məsələ məhsuldarlığın artılması ilə bağlıdır: “Daha çox sahə əkməyi, daha çox adam işlətməyi deyil, işçilik əmsalını, əmək effektivliyini artırmağı düşünməliyik. Kənd Təsərrüfatı Nazirliyinin siyasəti əsasən bu istiqamətdədir. Eyni zamanda sahəyə, hektara düşən məhsudarlığı artırmağı düşünməliyik”. 

Nazir qeyd edib ki, kənddə yaşayan hər kəs üçün alternativ iş imkanları yaradılmalıdır: "Buraya sənaye, turizm, logistika kimi sahələri misal göstərmək olar. Amma kənddə yaşayan hər kəs kənd təsərrüfatı ilə məşğul olacaq anlayışı ilə nəticə etibarilə qeyri-effektiv aqrar iqtisadiyyat əldə edirik. Ölkədə hazırda bir təsərrüfata 1,7 hektar sahə düşür. 1,7 hektar sahə ilə hər hansı bir fermerin öz ailəsini il ərzində təmin etməsi mümkün deyil. Bu, bir reallıqdır, bunu biz anlamalıyıq. Bizim hesablamalarımıza əsasən, Azərbaycanda fermerlərin ərazisi ilə bağlı ortalama sahə 9 hektar olmalıdır ki, fermer illik ailəsi üçün minimum maaş, minimum gəlir əldə edə bilsin. Bölgələrdə bir ailə dörd nəfər təşkil edir, dörd nəfərin illik minimum gəliri 14 000 manat təşkil etməlidir. Bunu qazanmaq üçün 9 hektar ortalama sahəyəyə ehtiyac var. Taxıl sahəsi ilə bağlı bu göstərici 33 hektardır. Meyvəçilikdə isə bu, 3-5 hektardır. 1,7 hektar harada ki, təsəvvür edirik 33 hektar ara, meyvəçilikdə bu göstərici 3-5 hektardır".

Anar Kəlbiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
unikal.az

2Mənbələr