AZ

AFFA-dan Samir Abasova ağır cəzalar

"Neftçi"nin baş məşqçisi Samir Abasov 4 oyunluq cəzalanıb.

Ölkə.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar verib.

O, "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları matçdan sonra hakimi təhqir etdiyinə görə bu cəzaya məruz qalıb.

"Ağ-qaralar" buna görə 10000 manat cərimələnib.

"Ağ-qaralar" azarkeşlərin sözügedən matçda meydana kənar əşya atması ucbatından 3500 manat ziyana düşüb. Bu hal cari mövsümdə 3-cü dəfə təkrarlanıb.

"Neftçi" fanatlar rəqib komandanın ünvanına təhqiramiz ifadələr səsləndirdiyi üçün 7000 manat, tərəfdarların oturacaqları sındırmasına və stadiona zərər vurmasına görə 3000 manat ödəyəcək.

"Qarabağ" isə azarkeşlərin təhqiramiz ifadələr işlətməsinə görə 6000 manat cərimə olunub. Bu hal da cari mövsümdə 2-ci dəfə təkrarlanıb.

Seçilən
17
15
olke.az

10Mənbələr