AZ

2 nəfər olan sinifdə necə musiqi dərsi keçək? – Nazir

5-10 şagirdi olan məktəbdə keyfiyyətli təhsil vermək qeyri-mümkündür.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, məktəblərin ixtisarı davam edəcək:

“Təsəvvür edin, 2 nəfər olan sinifdə necə musiqi dərsi keçək? Xorda necə öyrədək? Bu? uşağın gələcəyinə də təsir edəcək. 10 nəfər olan məktəbdə təhsil alan uşağın nə qədər dostu olacaq? Biz həmin uşaqlara başqa yerdə daha keyfiyyətli təhsil verə bilərik”.

Seçilən
4
11
konkret.az

10Mənbələr