AZ

Arda Gülər: ''Türkiyə sonuncu dəfə DÇ-də oynayarkən mən həyatda yox idim''

''Real''ın ulduzu Arda Gülər Türkiyə yığmasının düşərgəsində jurnalistlərə açıqlamalar verib.

Qardaş ölkəni bu yığma ''pəncərəsində'' DÇ-2026-nın seçmə mərhələsində Bolqarıstan və İspaniya ilə oyunlar gözləyir. Türkiyə 2 oyuna 1 xal qazanacağı təqdirdə pley-offu təmin edəcək. ''Ay-ulduzlular''ın 2002-ci ildən bu yana mundiallara qatılmaması haqda fikir bildirən 20 yaşlı yarımmüdafiəçi bunları deyib:
''Bəli, Türkiyə sonuncu dəfə dünya çempionatında oynayarkən mən heç həyatda yox idim. Bu, çox üzücü bir durumdu və bunu dəyişdirmək üçün əlimizdən gələni edəcəyik. Adi həyatda utancaq, çəkinən bir xarakterim var. Amma meydana ayaq basdıqdan sonra yaşın bir önəmi qalmır. Bunu mən də, komanda yoldaşlarım da gözəl bilirik. Meydanda hər kəs eynidi''.
2005-ci il təvəllüdlü Arda indiyə qədər Türkiyə yığmasında 25 oyuna çıxaraq 6 qol vurub.
Seçilən
82
1
football-plus.az

2Mənbələr