AZ

Avropa Komissiyası Google a qarşı araşdırma başlayıb

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa Komissiyası (AK) kommersiya məqsədləri üçün internet axtarış alqoritmlərini manipulyasiya etdiyinə görə Google-a qarşı təhqiqata başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə məlumatı Avropa Komissiyasının mətbuat xidməti yayıb.

Sənəddə deyilir: "Bu gün Avropa Komissiyası rəsmi olaraq Google-un Google axtarış nəticələrində media məzmununa daxil olmaq üçün ədalətli, ağlabatan və ayrı-seçkiliyə yol verməyən şərtləri tətbiq edib-etmədiyini qiymətləndirmək üçün təhqiqata başlayıb ki, bu da Aİ Rəqəmsal Xidmətlər Aktı ilə qanuni öhdəlikdir".

Avropa Komissiyası vurğuladı ki, Google-un axtarış nəticələrində Google partnyorları olmayan şirkətlərdən “kommersiya məzmunu ehtiva edən” media saytları və digər media resurslarının qeydlərini süni şəkildə azaltdığına dair sübutlar var.

AK bu təcrübənin məqsədyönlü olub-olmadığını və bunun Avropa şirkətlərinin biznes qabiliyyətinə xələl gətirib-çıxarmadığını müəyyən etmək niyyətindədir.

Avropa Komissiyası təhqiqatı 12 ay ərzində başa çatdırmaq niyyətindədir. Şübhələr təsdiqlənərsə, Google-u qlobal dövriyyəsinin 10%-nə qədər cərimə gözləyir, AK isə bu pozuntuların təkrarlandığını sübut edərsə, cərimənin məbləği 20%-ə çata bilər.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr