AZ

İcardi aylar sonra uşaqları ilə görüşdü - Görün nələr dedi

Qalatasarayın ulduz futbolçusu Mauro Icardi, keçmiş həyat yoldaşı Wanda Nara ilə yaşanan çətin boşanmanın ardından sular heç cür durulmur. İkili yeni başlamış olduqları münasibətləri kimi, uşaqları ilə də gündəmə gəliblər. Uzun müddətdir uşaqlarını görə bilməyən Icardi, ötən günlərdə, tam 150 gün sonra, qızları ilə görüşüb.


Manset.az-ın xarici mediaya istinadən xəbər verir ki, aylarca davam edən hüquqi mübarizələrin ardından, Mauro Icardi tərəfində gözlənilən inkişaf nəhayət baş verdi. Aylar boyu davam edən hüquqi gərginlikdən sonra, Mauro Icardi, nəhayət, Buenos-Ayresdə qızları ilə görüşüb. Görüş üçün Icardi, uşaqların təhsil aldığı məktəbin qapısına gedib. 

Görüş haqda danışan Icardi'nin vəkili Elba Marcovecchio, "Həqiqətən çox gözəl bir görüş oldu. Uzun müddətdir gözlənilən bir görüş idi. Çox xüsusi bir andı" dedi. Marcovecchio, Icardi'nin görüşün baş tutması üçün məhkəmənin təyin etdiyi bütün şərtlərə uyğun hərəkət etdiyini də təsdiqlədi: "Plan üzrə, məktəbdən götürmək üçün gəldi. Məktəb müdiri ilə danışdı və bütün protokollara əməl etdi."

Seçilən
24
2
manset.az

3Mənbələr