AZ

Avropa ölkələri Ukrayna üçün silah alınmasına 500 milyon dollar ayıracaq

Skandinaviya və Baltikyanı ölkələr ABŞ-dan Ukrayna üçün silah alınmasına 500 milyon dollar ayıracaq.

Xezerxeber.az xəbər verir ki, NATO-nun yaydığı məlumata görə, bu gün Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveç PURL təşəbbüsü çərçivəsində ABŞ-dan Ukrayna üçün hərbi texnika və sursat alınmasını nəzərdə tutan 500 milyon dollarlıq birgə yardım paketini maliyyələşdirəcəklərini açıqlayıblar.

NATO-nun Baş katibi Mark Rutte həmin qərarı alqışlayıb və qeyd edib ki, Ukraynanın qış mərhələsinə girməsi fonunda bu cür avadanlıq son dərəcə vacibdir.

Seçilən
56
4
xezerxeber.az

5Mənbələr