AZ

Azərbaycan və İsrail fövqəladə hallarla mübarizədə əməkdaşlığı müzakirə edib





Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İsrailin Azərbaycandakı səfiri Ronen Krausz ilə görüşüb.

Bu barədə Newscenter.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Kəmaləddin Heydərov Azərbaycanla İsrail arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlərin daim genişləndiyini xatırladıb. Bu çərçivədə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında səmərəli əməkdaşlığın uğurla davam etdirildiyini bildirib.

Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlər barədə səfirə ətraflı məlumat verən K.Heydərov qurumlar arasında müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu vurğulayıb.

Ronen Krausz iki ölkə arasında münasibətlərin, o cümlədən fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə edib. Səfir fövqəladə halların idarə edilməsi üzrə uyğun qurumlar arasında əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydasını qeyd edib, bu istiqamətdə səylərini əsirgəməyəcəyini söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Fuad
Seçilən
10
17
newscenter.az

10Mənbələr