AZ

“Qalatasaray”ın iki futbolçusu mərc fəaliyyətinə görə cəzalandırıldı

style='margin-bottom:10px;'>

Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Komitəsi mərc fəaliyyəti ilə əlaqədar bir sıra futbolçunun oyunlardan kənarlaşdırılması barədə qərar qəbul edib.

QOL.az xəbər verir ki, cəzalandırılanlar arasında “Qalatasaray”ın futbolçuları Metehan Baltacı və Eren Elmalı da yer alıb. Qurumun qərarına əsasən, Metehan Baltacı mərc fəaliyyətinə görə 9 ay müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb. Komanda yoldaşı Eren Elmalı isə eyni səbəbdən 45 gün oyunlardan kənarlaşdırılıb. 

Qeyd edək ki, komitə ümumilikdə Süper Liqa və Birinci Liqa klublarından 101 futbolçuya müxtəlif cəzalar tətbiq edib.
 

Seçilən
67
1
teleqraf.com

2Mənbələr