AZ

Müharibə fonunda milyardlıq lüks: Matviyenkonun oğlunun Avropa villaları gündəmdə

Matviyenkonun oğlunun gizli imperiyası — 12 milyardlıq əmlak ortaya çıxdı

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun oğlu Sergey Matviyenko son illərdə Moskva, Sankt-Peterburq və Leninqrad vilayətində ümumi dəyəri 12 milyard rubldan çox olan iri həcmli daşınmaz əmlaklar əldə edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Proyekt” araşdırma mərkəzinin “Atalar və babalar” layihəsində bildirilir.

Araşdırmaya görə, Matviyenkonun mülkləri arasında:

  • Sankt-Peterburqun Soneçnoye qəsəbəsində 20 hektar torpaq və 1200 m²-lik malikanə
  • Komarovo qəsəbəsində 1 hektar torpaq və 500 m² ev
  • Peterburqun mərkəzində 2500 m² qeyri-yaşayış sahəsi
  • Pulkovo hava limanı yaxınlığında 16 min m² hipermarket və 5 hektar torpaq
  • Kamenniy adasında tarixi malikanələr
  • Moskvanın “Akademiçeskaya” metrosu yaxınlığında 10 min m² biznes mərkəzi
  • Moskvanın Arbat küçəsində 256 m² mənzil

Bəzi obyektlərin isə artıq satıldığı qeyd olunur.

Сын

İtaliyada villa, San-Marinoda maliyyə aktivləri

Araşdırma göstərir ki, Matviyenko ailəsinin xaricdə də böyük aktivləri var. Sergey Matviyenko İtaliyanın Pezaro şəhərində 26 hektarlıq əraziyə sahib üçmərtəbəli villanın faktiki sahibidir. Villa əvvəllər Valentina Matviyenkonun adına olub, daha sonra ofşora keçirilmişdi.

İddiaya görə, Sergey və həyat yoldaşı Yuliya hazırda Pesaroda yaşayır. Ailə kapitalının bir hissəsi Sən-Marino bank sisteminə yönəldilib, hazırda ölkə hakimiyyəti həmin fondlarla bağlı yoxlama aparır.

Sanksiya çağırışları

Aİ rəsmiləri, o cümlədən Avropa Parlamentinin vitse-prezidenti Pina Piçerno, Matviyenkonun oğlu barədə sanksiya tətbiq edilməsini tələb edib.

Keçmiş kriminal qalmaqal

Araşdırmada xatırladılır ki, 1994-cü ildə — Matviyenko Maltada səfir olarkən — oğlu Rusiyada zorakılıq və oğurluq ittihamı ilə həbs edilmişdi və bir müddət yeniyetmələr koloniyasında saxlanılmışdı. Daha sonra ailə onu xaricə göndərib və o, ailə aktivlərinə nəzarət edən şəxsə çevrilib.

Musavat.com

 

Seçilən
24
musavat.com

1Mənbələr