AZ

Emin İbrahimovun vəfatı ilə bağlı Mədəniyyət Nazirliyi başsağlığı verib

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Tanınmış azərbaycanlı jurnalist, “Euronews” telekanalının müxbiri Emin İbrahimov Türkiyədə baş vermiş avtomobil qəzası nəticəsində həyatını itirib.

TurkicWorld xəbər verir ki, Emin İbrahimov ölkə reallıqlarını yüksək peşəkarlıqla beynəlxalq auditoriyaya çatdırması ilə tanınırdı. Xüsusilə, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mübarizəsini əks etdirən reportajları ona geniş nüfuz qazandırmışdı. Jurnalist həmçinin Mədəniyyət Nazirliyinin müxtəlif layihələrinin “Euronews” vasitəsilə dünya ictimaiyyətinə təqdim edilməsində mühüm rol oynamışdı.

Mədəniyyət Nazirliyi Emin İbrahimovun vəfatı ilə bağlı dərin kədərini ifadə edərək mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

Seçilən
21
turkic.world

1Mənbələr