AZ

Suriya Böyük Britaniyadakı səfirliyini yenidən açıb

Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şaybani cümə axşamı günü Londondakı Suriya səfirliyi üzərində milli bayrağı qaldıraraq, missiyanın uzun illər bağlandıqdan sonra yenidən açılmasını qeyd edib.

Busaat.az xəbər verir ki, bu barədə “Sana” agentliyi bildirib.

“Əsəd rejiminin kimyəvi silahdan istifadə etdiyinə görə illərlə tətbiq etdiyi təcriddən sonra bu gün biz Suriyanın Londondakı səfirliyini yenidən açırıq. Suriya öz azad adı ilə dünyaya qayıdır”, – Əl-Şeybani sosial şəbəkədə yazıb.

Britaniya keçən həftə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının oxşar qərarından sonra prezident Əhməd əl-Şaraa qarşı sanksiyaları ləğv edib.

Yeganə

Seçilən
56
2
busaat.az

3Mənbələr