AZ

İcra başçısı arpasının pulunu istəyən kənd sakinlərini məhkəməyə verdi

Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət təqdim edib.

Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, icra başçısı rayonun Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və oğlu Vüsal Muradovun barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayətində, hər iki şəxsin qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Başçını narazı salan isə kənd sakinlərinin mətbuat üzərindən ondan pullarını tələb etmələridir.

Şabran rayon Uzunboyad kənd sakini Vüsal Muradov mətbuata müraciət edərək Şabran rayon İcra Hakimiyyətinin rəhbəri Asif Hüseynovun onlara olan borcu ödəməməsindən şikayətləniblər. Kənd sakini iddia edir ki, anası Səbirə Vəliyeva 2022-ci ildə ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpanı icra başçısına nisyə satsa da, pulunu ala bilməyib.

Arpa satılan zaman icra başçısı özü qapıya gəldiyi üçün, ona inanıblar və alış-verişlə bağlı hər hansı sənəd imzalamayıblar.

 Kənd sakini deyir ki, pulu almaq üçün müvafiq qurumlara şikayət edib, ancaq nəticə olmayıb.

Bundan bir neçə gün sonra isə  Şabran Rayon Məhkəməsinə icra başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında şikayəti daxil olub. Artıq şikayət üzrə hazırlıq iclası keçirilib və xüsusi ittiham üzrə noyabrın 19-na baxış iclası təyin olunub.

Seçilən
11
2
bakivaxti.az

8Mənbələr