ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Türkiyədə yol qəzasında həlak olan jurnalist Emin İbrahimov keçmiş yüksək vəzifəli məmurun övladıdır.
Onun atası Rəşid İbrahimov uzun illər Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdiri işləyib. R.İbrahimov parlamentin keçmiş sədri Oqtay Əsədovun dövründə bu vəzifədə çalışıb və bir neçə il əvvəl işdən çıxarılıb. E.İbrahimov isə jurnalistliklə yanaşı sahibkarlıqla da məşğul imiş. O, Bakıda yerləşən “CINEX Azerbaijan Film Productions” şirkətinin rəhbəri olub.
Şirkət tam istehsal və post-istehsal xidmətləri göstərir, çəkiliş icazələrinin alınması, prodüserlik, stringer və fiksator xidmətləri təklif edir. Şirkət həmçinin avadanlıq və ekipaj üçün kirayə evi kimi fəaliyyət göstərir. Emin İbrahimovun cənazəsi bu gecə Türkiyədən Azərbaycana gətiriləcək. Noyabrın 14-də Təzə Pir məscidində mərhumla vida mərasimi keçiriləcək. E.İbrahimov Xırdalan qəbiristanlığında dəfn olunacaq. Noyabrın 16-da Təzə Pir məscidində yas mərasimi keçiriləcək. Qeyd edək ki, azərbaycanlı jurnalist, “Euronews” telekanalının əməkdaşı Emin İbrahimov Türkiyədə yol qəzasında dünyasını dəyişib. (yeni sabah)
"Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.