AZ

Anasının “Range Rover”ini oğurlayan 15 yaşlı oğlan 12 yaşlı qızla gəzlməyə çıxdı; atası məhkəməyə düşdü VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Polis “Range Rover”i oğurlayıb qız dostu ilə gəzməyə çıxan yeniyetməni saxlayıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Krasnodar şəhərində baş verib.

Məlumata görə, Qoryaçi Klyuç kəndinin 15 yaşlı sakini anasının "Range Rover"ni oğurlayaraq 12 yaşlı qız dostu ilə birlikdə digər dostları ilə görüşmək üçün yola çıxıblar. Polis əməkdaşları patrul xidmətində olarkən Qoryachy Klyuç kəndində “Range Rover” markalı avtomobilin oğurlanması barədə məlumat alıblar. Əməkdaşlar nəqliyyat vasitəsini Kanevskaya kəndindən çıxarkən aşkar ediblər.

Onlar sürücüdən saxlamağı tələb etsələr də, o sürəti artıraraq yayınmağa çalışıb. Təqib zamanı yaxalanmamaq üçün yeniyetmə sürəti daha da artıraraq  təhlükəli manevr etməyə davam edib.

Polis əməkdaşları sürücünün təcrübəsiz olduğunu nəzərə alaraq və qəza riski minimuma endirmək üçün son dərəcə ehtiyatlı davranaraq avtomobili son dayanacağa qədər təqib ediblər.

Nəticədə polis əməkdaşları 15 yaşlı sürücünü və onun 12 yaşlı qız sərnişinini saxlayıb və onları bölməyə aparıblar.

Atasının iştirakı ilə keçirilən məhkəmə zamanı yeniyetmənin sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmək və polisin əmrinə tabe olmama kimi inzibati ittihamlar irəli sürülüb. Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, vətəndaş inzibati məsuliyyət yaşına çatmadığı üçün bu ittihamlar rədd edilib.

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
avtosfer.az

1Mənbələr