AZ

Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyi Azərbaycan ərazisindən daşınan Rusiya və Qazaxstan taxılını yoxlayıb və…

Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyi Rusiya və Qazaxıstandan Azərbaycan və Gürcüstan vasitəsilə dəmir yolu ilə daşınan buğdanı hərtərəfli yoxlayır.

Müfəttişliyin məlumatına görə, zərərvericilər, xəstəliklər və zəhərli maddələr üzrə testlər heç bir pozuntu aşkar etməyib.
Qida tərkibinin təhlili də daxil olmaqla, texniki tələblərin yoxlanılması hələ başa çatmayıb. “Sputnik Armenia” xəbər verir ki, bütün yoxlamalar Avrasiya İttifaqı standartlarına əsaslanır.

Zərərvericilər, alaq otları, xəstəliklər və karantin orqanizmləri üzrə fitosanitar yoxlamalar, eləcə də ağır metallar, pestisidlər və göbələklər də daxil olmaqla zəhərli maddələrin icazə verilən maksimum konsentrasiyaları üçün taxıl təhlili uğurlu olub. Ermənistan İqtisadiyyat Nazirliyinin məlumatına görə, Rusiya taxılı premium məhsul kimi tanınıb, Qazaxıstan taxılı isə yalnız heyvan yemi kimi emal üçün nəzərdə tutulmuş IV sinif kimi təsnif edilib.

Yoxlamalara səbəb Ermənistanın “Hraparak” qəzetində Qazaxıstan mənbələrinə istinadən Qazaxıstandan idxal edilən taxılın keyfiyyətinə şübhə ilə yanaşan bir məqalə dərc olunması olub: nəşrin müəlliflərinə görə, taxıl afla və mikotoksinlərlə çirklənib.

//Samir Qurbanov, Editor.az

Seçilən
124
editor.az

1Mənbələr