AZ

Moldova parlamenti Rus Evinin bağlanmasına səs verdi

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Moldova parlamenti paytaxt Kişineudakı Rus Evinin bağlanması barədə qərarı birinci oxunuşda təsdiqləyib.

Teleqraf xəbər verir ki, təşəbbüsü hakim Fəaliyyət və Həmrəylik Partiyası irəli sürüb.

Qanun layihəsi Moldova və Rusiya hökumətləri arasında 1998-ci il oktyabrın 30-da Moskvada imzalanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında sazişə rəsmi xitam verilməsini nəzərdə tutur.

Sənəddə həmçinin qeyd olunur ki, Moldova Xarici İşlər Nazirliyi bu sazişin ləğvi barədə Rusiya tərəfini məlumatlandırmalıdır.

“Moldova Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında saziş ləğv edilsin”, - sənədin mətnində deyilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
2
sherg.az

8Mənbələr