Musavat.com xəbər verir ki, Gürcüstanda qəzaya uğrayan təyyarədə şəhid olan 20 hərbçimizin nəşi Ankarada Məhkəmə-Tibb Ekspertizası Şöbəsinə gətirilib.
Ekspertiza qurumunun qarşısında yüzlərlə vətəndaş toplaşıb. İnsanlar Türkiyə bayraqları ilə, göz yaşları içində, “Vətən sağ olsun” nidaları ilə şəhidləri qarşılayıblar.
Hadisə yerində duyğusal anlar yaşanıb. Ailələr və vətəndaşlar şəhidlərin tabutlarını dualarla qarşılayıb. Vətən uğrunda həlak olan qəhrəmanlarla vida mərasiminin sabah keçiriləcəyi bildirilib.
Musavat.com