AZ

Amazon 700 ə yaxın işçini ixtisar edib

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Amazon" Nyu-Yorkdakı korporativ ofislərində ümumi yenidən qurulma çərçivəsində təxminən 700 əməkdaşını ixtisar edib.

Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, 9 müxtəlif ofisdə 660-dan çox işçi işini itirəcək.

Şirkət işdən çıxarılan əməkdaşlara 90 günlük bildiriş, kompensasiya paketi və karyera dəstəyi təqdim edəcəyini açıqlayıb.

"Amazon"dan bildirilib ki, heç bir ofis bağlanmayacaq. Qeyd ediblər ki, dəyişikliklər yalnız korporativ vəzifələrə aiddir.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
bakivaxti.az

1Mənbələr