Bakıda ilk dəfə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçiriləcək. Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb. Noyabrın 23-dən 26-na kimi davam edəcək forum çərçivəsində "Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü", "WUF13-ə doğru - Türk dünyasında ilk" adlı panel müzakirələri təşkil olunacaq.
Toplantıda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 300-ə yaxın QHT təmsilçisi iştirak edəcək. Tədbir çərçivəsində "Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu" da təşkil olunacaq. Forum Bakıdan sonra öz işini Naxçıvan Muxtar Respublikasında davam etdirəcək. Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin Platformasının təsis olunması da gözlənilir. Bu Platformada 8 ölkədən QHT-lər birləşəcək.
Mətləb