AZ

Tüstülənmə olan metronun Cəfər Cabbarlı stansiyasının giriş çıxışı açıldı YENİLƏNİB

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Tüstülənmə baş verən metronun "Cəfər Cabbarlı" stansiyasının giriş-çıxışı açılıb.

Avtosfer.az xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb.

***10:00

Metronun “Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib. 

Avtosfer.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. 

Bildirilib ki, tüstülənmənin nəticələrinin sərnişinlərə təsirlərinin qarşısını almaq məqsədilə “Cəfər Cabbarlı” stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib.

“Cəfər Cabbarlı” və “28 May” stansiyalarının, həmçinin “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.

Saat 10:00-da stansiyanın giriş-çıxışının istifadəyə veriləcəyi bildirilib.

***09:42

Bakı metrosunun Cəfər Cabbarlı" stansiyasında tüstüləmə olub.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, stansiyada tüstü müşahidə edilib.

İlkin ehtimala görə, tüstülənmə qısaqapanma nəticəsində baş verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
10
avtosfer.az

10Mənbələr