Türkiyədə yol qəzasında həlak olan jurnalist Emin İbrahimov Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin sabiq müdiri Rəşid İbrahimovun oğlu imiş.
"Yeni Sabah" qafqazinfo-ya istinadla xəbər verir ki, Milli Məclis rəhbərliyi və deputatlar R.İbrahimova övladının vaxtsız vəfatı ilə əlaqədar başsağlığı veriblər.
Rəşid İbrahimov parlamentin keçmiş sədri Oqtay Əsədovun dövründə bu vəzifədə çalışıb və bir neçə il əvvəl təqaüdə çıxıb.
Emin İbrahimov “Euronews” telekanalının əməkdaşı kimi çoxsaylı reportajlar hazırlayıb və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük xidmətlər göstərib.
Telegram kanalımız