AZ

İordaniya Haşimilər Krallığının şahzadəsi COP30 da Azərbaycan pavilyonunu ziyarət edib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

Braziliyanın Belem şəhərində keçirilən COP30-da Azərbaycan nümayəndə heyətinin üzvü, COP29-un iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai Azərbaycanın pavilyonunda İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri Dana Firas ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı tərəflər mədəniyyətin və mədəni irsin ambisiyalı iqlim tədbirlərinin irəlilədilməsində oynadığı mühüm rolu müzakirə ediblər. Qeyd olunub ki, mədəni kimliyin və ənənəvi biliklərin qorunması icmaların dayanıqlılığının artırılmasına və iqlim dəyişiklikləri şəraitində davamlı inkişafın dəstəklənməsinə xidmət edir.

Nigar Arpadarai bildirib ki, mədəniyyət və iqlim siyasəti arasında əlaqələrin gücləndirilməsi qlobal iqlim gündəliyində mühüm rol oynayır. Xüsusən də COP29-dan sonrakı dövrdə diqqətin praktiki həllərə və transformativ təşəbbüslərə yönəldiyi bir zamanda bu mövzu böyük əhəmiyyət kəsb edir. Şahzadə Dana Firas mədəni irsin iqlim dəyişikliklərinin təsirlərindən qorunması üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüş konstruktiv şəraitdə keçib və qlobal səviyyədə dayanıqlı həllərin təşviqi və tərəfdaşlıqların gücləndirilməsinə həsr edilmiş Azərbaycan pavilyonundakı silsilə tədbirlərin bir hissəsini əks etdirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
1
azertag.az

2Mənbələr