Xalq artisti Tünzalə Ağayeva sevənlərinə sürpriz edib.
Musavat.com xəbər verir ki, Xalq artisti 2008-ci ildə oxuduğu "Görüşək" adlı mahnısının remiks versiyasını dinləyicilərinə təqdim edib.
Sözləri Baba Vəziroğluna aid olan mahnının musiqisini sənətçi özü yazıb.
Yeni versiyanı Emin Kərim (STKHA) hazırlayıb.
Mahnı musiqi platformalarında yayımlanıb.
Musavat.com