ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Norveç polisi yük avtomobilləri ilə bağlı reydlərə başlayıb.
Avtosfer.az xəbər verir ki, qanun keşikçiləri yük avtomobillərinin salonunda səliqə-sahmanı yoxlayırlar. Avtomobilin salonundakı bayraqlar, suvenirlər, qeyri-satandart Günəş qoruyucular, cihazlar lövhəsini bağlayan yapışdırma şəkillər, qəza zamanı təhlükə yaradacaq əşyalar cərimə predmetidir.
Polis pintiliyi ilə xüsusi seçilən sürücülərin avtomobillərinin fotolarını yayır. Bu dəfə “lider” latviyalı “Scania” sürücüsü olub.
Vüqar
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.