Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX)Xorvatiyanın Maliyyə Nazirliyi yanında Vergi Administrasiyası iləyeni təşəbbüslərin reallaşdırılmasını müzakirə edib.
Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.
Belə ki, DVX nümayəndə heyəti Xorvatiyanın Zaqreb şəhərinə səfəredib. Səfərin əsas məqsədi Xorvatiya Maliyyə Nazirliyi yanındaVergi Administrasiyası ilə qarşılıqlı təcrübə mübadiləsininaparılması olub.
Səfər çərçivəsində tərəflər rəqəmsal transformasiyaproseslərinin təşkili, vergi inzibatçılığında müasirtexnologiyaların tətbiqi, süni intellekt və avtomatlaşdırmaalətlərindən istifadə etməklə vergi risklərinin idarə olunmasınayönəlmiş riskə əsaslanan uyğunluq strategiyalarınınformalaşdırılması, idxal-ixrac və s. kimi məsələlər ətrafında genişmüzakirələr aparıblar. DVX nümayəndələrinin “AVİS”, “e-portal”,“e-kassa”, “Vergi risklərinin təhlili”, “Mal axınlarınınhərəkətinin izləmə sistemi” kimi təqdimatları maraqlaqarşılanıb.
Görüşlər zamanı, həmçinin daxili auditin təşkili, vergiödəyicilərinə göstərilən xidmətlərin səmərəliliyinin vəşəffaflığının artırılması, istifadəçi məmnunluğunun yüksəldilməsi,elektron xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətindətəcrübə mübadiləsi aparılıb. Bununla yanaşı, vergi mübahisələrininhəlli ilə bağlı məhkəmə təcrübəsi, vergi nəzarəti tədbirlərininməhkəmələr tərəfindən ləğv edilməsi hallarının təhlili və digərməsələlər barədə məlumatlar təqdim edilib.
Tərəflər vergi inzibatçılığı sahəsində əməkdaşlığıngenişləndirilməsi, yeni təşəbbüslərin reallaşdırılması vəqarşılıqlı təcrübə mübadiləsinin təşviqi imkanlarını da müzakirəediblər.