AZ

Azərbaycan cüdoçusu bürünc medal qazandı

style='margin-bottom:10px;'>

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turniri start götürüb. 

QOL.az xəbər verir ki, ilk yarış günündə bir cüdoçumuz fəxri kürsüyə qalxıb.

60 kq çəki dərəcəsində Hüseyn Allahyarov üçüncü yer uğrunda görüşdə İtaliya təmsilçisi Byaco D Anceloya ipponla qalib gələrək bürünc medal qazanıb. Bu, 22 yaşlı cüdoçumuzun Dünya Cüdo Turunda ilk mükafatı olub. 

Qeyd edək ki, Azərbaycan yarışa 15 cüdoçu ilə qatılıb.

Seçilən
53
8
teleqraf.com

10Mənbələr