Türkiyənin məşhur televiziya aparıcısı Ece Vahapoğlu ağır xəstəlikdən əziyyət çəkir. O, 2 aydır xərçənglə mübarizə aparır. Metbuat.az xəbər verir ki, bu barədə xəbəri Vahapoğlu özü pərəstişkarlarına çatdırıb. Aparıcı sosial şəbəkə hesabında paylaşım edərək bunları yazıb: "İki aydır xərçənglə mübarizə aparıram". Tanınmış telejurnalist həmişə sağlamlığının qeydinə qaldığını deyib: "Qida rejiminə diqqət edirəm. Mütəmadi olaraq idmanla məşğul oluram. Yoqa ən çox sevdiyim məşğuliyyətlərdən biridir. Sağlam həyat tərzi keçirirəm. Amma başıma belə iş gəldi".Ece Vahapoğlu müalicə prosesinin uğurla keçdiyini vurğulayıb: "Sağalmaq üçün əlimdən gələni edirəm".
İstedadlı telejurnalist pərəstişkarlarını öz sağlamlıqlarının qeydinə qalmağa səsləyib: "Həyatda ən gözəl nemət cansağlığıdır. Vaxtaşırı həkim müayinəsidən keçin, özünüzü, övladlarınızı fikirləşin".