Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 198,3 milyon ton yük daşıyıb.
Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə 4,5 milyon ton və yaxud 2,3 % çoxdur.
10 ayda qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,7 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 79,9 % təşkil edib.
Hesabat dövründə nəqliyyatçılar 1 milyard 785 milyon 22,6 min sərnişinə xidmət göstəriblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 89 milyon 762,7 min sərnişin və yaxud 5,3 % çoxdur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.