AZ

Bakıda lombardda 114 vətəndaşa aid qızıl yoxa çıxdı

Qızıllarını lombarda qoydu, qızılından da oldu, pulundan da. İndi də nə itmiş zinət əşyaları geri qaytarılır, nə pulu.Metbuat.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə paytaxt sakini Esmira İsmayılovanın başına gəlib. Esmira İsmayılova iddia edir ki, 2024-cü ilin dekabrında paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov, 14-a ünvanındakı lombarda 5 min manat dəyərində qızıl-zinət əşyasını girov qoyub. Qoyduğu girova görə bu ilin oktyabrınadək ödəniş edib. Sonuncu dəfə həmin ünvana gedib pulunu ödəyib qızıl zinət əşyalarını götürmək istəsə də, ona qızıllarının oğurlandığı deyilib.Şikayətçi iddia edir ki, təkcə ona yox, təxminən 114 vətəndaşa zərər dəyib.Digər bir vətəndaş da iddia edir ki, ona 30 min manat dəyərində ziyan dəyib. Həmin şəxsə isə lombard sahibi deyib ki, vətəndaşlara məxsus qızılları bank mənimsəyib.Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Seçilən
17
13
metbuat.az

10Mənbələr