AZ

KİV: ABŞ BMT TŞ-nin Qəzzada qoşunlarla bağlı qətnaməni qəbul edəcəyinə ümid edir

ABŞ Qəzzada beynəlxalq hərbi kontingentin mandatı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini gələn həftənin əvvəlində qəbul edəcəyinə və bundan sonra stabilizasiya korpusunun fəaliyyətinə dair detallı müzakirələrin başlanacağına ümid edir.

APA xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Adı açıqlanmayan ABŞ rəsmisi ilk növbədə qətnaməni əldə etmək lazım olduğunu bildirib. O əlavə edib ki, ölkələr qəbul olunmuş mətnləri görmədən öz üzərlərinə konkret öhdəliklər götürməyəcəklər.

Digər diplomatik mənbə isə ABŞ-ın beynəlxalq stabilizasiya korpusunda Böyük Britaniya, Fransa və Almaniya da daxil olmaqla Avropa ölkələrinin iştirakını mümkün hesab edir.

“The Guardian”ın məlumatına əsasən, təxminən 1500 britaniyalı və 1000 fransız hərbçisi partlayıcı maddələrin zərərsizləşdirilməsi və yolların minalardan təmizlənməsi missiyasına qoşula bilər.

Bundan əlavə, Vaşinqton Almaniya, Niderland və digər Şimali Avropa ölkələrinin sahə hospitallarının işini, logistikanı və kəşfiyyatı təmin etməsini istəyir.

Seçilən
11
1
apa.az

2Mənbələr